Sizin reklam burada
Sizin reklam burada

Güləşçilərimiz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Güləşçilərimiz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
Sabah Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında “Victory cup” turniri start götürəcək.

Üç gün davam edəcək ənənəvi yarışda ölkəmizi U-17 yığma komandalarımız təmsil edəcək.

Sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Sadiq Hüseynov, Muhəmməd İsmayılov (hər ikisi 45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), Musa Ağayev, İlyas İsayev (hər ikisi 65 kq), Ağanəzər Novruzov, Kəlbəxan Bakdəmirov (hər ikisi 71 kq), Şəmistan Axundov, Təbriz Bayramov (hər ikisi 80 kq), Azay İsmayılov (110 kq) yer alıb.

Yunan-Roma güləşi üzrə yarışda böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında Hüseyn Savadov, Elnar Ziyadov (hər ikisi 45 kq), Elvin İbadov, Təvəkkül Kərimov (hər ikisi 48 kq), Vədat Qasımlı, Murad Əliyev, Vüsal Quluzadə (hamısı 51 kq), Fəraim Mustafayev, Tural Əhmədov (hər ikisi 55 kq), Məhəmməd Qasımzadə, Roman Kərimov, Xalid Həsənov, İbrahim İbrahimov (hamısı 60 kq), Əli Əlizadə, Seymur Qasımov (hər ikisi 65 kq), Davud Məmmədov, Fəqan Qurbanov (hər ikisi 71 kq), İsmayıl Rzayev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Məzahim Mərdanov (110 kq) mübarizə aparacaq.

Qızlar arasında isə ölkəmizi məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Jasmin Əsgərova (53 kq), Sofiya Rüstəm (61 kq) və Fatimə İsayeva (65 kq) təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Həbib Nurulu turnirdə ədaləti qoruyacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ