Beynəlxalq Futbol Federasiyası (FİFA) matçda oyun vaxtını 90 dəqiqədən 60 dəqiqəyə endirməyi düşünür.
Sabiq hakim Mark Klattenburq bu barədə məlumat paylaşıb.
Bundan əlavə, qeyd edilir ki, FİFA sırf oyun vaxtının tətbiqi imkanlarını müzakirə edir.
Planlaşdırılana əsasən, oyun vaxtı hakimin əmri ilə oyundan kənar top, zədələr, qollar və digər fasilələr zamanı dayanacaq. Beləliklə, futbolda “təmiz vaxt” deyilən zaman meydana çıxacaq. Layihənin həyata keçirilməsində məsul şəxs keçmiş italiyalı hakim Pyerluici Kollinadır.