Sizin reklam burada
Sizin reklam burada

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir
Sona üç tur qalmış “Qarabağ”ın ölkə çempionu olması ilə Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi də bəlli olub.

Oxu.Az xəbər verir ki, doqquzuncu dəfə Azərbaycan çempionu olan “Qarabağ” bir illik fasilədən sonra qitənin ən nüfuzlu klub turnirində oynayacaq.

Qurban Qurbanovun yetirmələri I təsnifat mərhələsindən yarışa qatılacaq. Təmsilçimiz püşkatmada güclülərin yer aldığı “səpələnmişlər” səbətində yer alacaq.

Bəs “Qarabağ”ın rəqibi hansı komandalar ola bilər? Bunlardan onunun adı məlum olub.

“Səpələnməmişlər” səbətində yer alan ölkələrinin çempionları bunlardır: “Zrinski” (Bosniya və Herseqovina), “Sürix” (İsveçrə), “Şaxtyor” (Belarus), “Sutyeska” (Monteneqro), Kİ (Farer adaları), “Hibernians” (Malta), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), RFS (Latviya), “Dinamo” (Batumi, Gürcüstan).

Bundan başqa, Polşa, Albaniya, Kosovo çempionlarının və ilkin mərhələnin qalibinin “səpələnməmişlər” səbətində yer alacağı dəqiqdir.

“Səpələnmişlər” və “səpələnməmişlər” arasında var-gəl edən və hələ ki qeyri-müəyyən olanlar isə bunlardır: “Şemrok Rovers” (İrlandiya), “Linfild” (Şimali İrlandiya), Sloveniya və Lüksemburq çempionları.

Qeyd edək ki, püşkatma iyunun 14-də olacaq. “Qarabağ” isə I təsnifat mərhələsində 5/6 iyul və 12/13 iyul tarixlərində mübarizə aparacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ