Sizin reklam burada
Sizin reklam burada

AFFA yeni çempionat yaradır - FOTO

AFFA yeni çempionat yaradır - FOTO
AFFA yeni turnir yaradacaq.

Oxu.Az xəbər verir ki, bu məqsədlə AFFA-nın təşkilatçılığı ilə 7-8 may tarixlərində Bakı şəhəri üzrə 12 yaşlı qızlar arasında “Bahar turniri” keçiriləcək.

“Rəvan” FK-nın bazasında (Qaraçuxur qəsəbəsi) təşkil olunacaq turnirdə yeddi komanda mübarizə aparacaq. Turnirin ilk günü qrup oyunları (A və B qrupu), növbəti gün isə final mərhələsinin oyunları keçiriləcək.

Hər komandada üç nəfər 2010-cu il olmaqla 2011 və 2012-ci il təvəllüdlü yeddi qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaqlar. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ