İspaniya La Liqasının XXXII turunda “Real” səfərdə “Sevilya” ilə qarşılaşıb.
Olduqca gərgin keçən və qarşılıqlı qolların vurulduğu qarşılaşmada qonaqlar qalib gəliblər.
Maraqlıdır ki, hesabı əndəlüslülər açıb. Rakitiç fərqlənib. Ardınca Lamela fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə üç qol vuran “Real” yekunda əzmkar qələbəyə sevinib.
90+2-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandıran Kərim Benzema isə bu mövsüm “Real” forması ilə meydana çıxdığı 39-cu oyunda 39-cu qolunu vurub.