“Opera Euro Rapid” turnirində çıxış edən Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov bu gün daha 5 görüş keçirəcək.
Xeberlerganetliyi.com xəbər verir ki, o, Ermənistan təmsilçisi Levon Aronyanla da üz-üzə gələcək.
Bundan başqa Teymur aşağıdakı rəqiblərlə qarşılaşacaq.
Qeyd edək ki, bugünkü görüşlərindən sonra pley-offa vəsiqə qazanan 8 şahmatçı müəyyənləşəcək.
"Opera Euro Rapid"
8 fevral
11-ci: Teymur Rəcəbov - Dinq Liren (Çin)
12-ci tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov
13-cü tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa)
14-cü tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov
15-ci tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)