arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Yuventus" Ronaldonu sata bilər

"Yuventus" Ronaldonu sata bilər


"Yuventus" koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə itkiləri səbəbindən futbolçusu Kriştiano Ronaldonu satmağa məcbur ola bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mövsüm bərpa olunduqda "Yuventus"un iqtisadi problemlərə görə portuqaliyalı hücumçuya əvvəlki maaşı vermək ehtimalının az olduğu vurğulanıb. 35 yaşlı oyunçu Turin klubunda ilinə 31 milyon avro qazanır.

Bildirilib ki, bu problemi həll etməyin yolu Kriştianonu başqa kluba satmaqdır. Bu halda "Yuventus"un oyunçu üçün azı 70 milyon avroluq təklifləri nəzərdən keçirəcəyi iddia olunub.

Qeyd edək ki, Ronaldonun Turin təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ