Sizin reklam burada
Sizin reklam burada

DSMF ABŞ-nin aparıcı qiymətləndirmə proqramının müsabiqəsində qalib gələrək “Global Recognition Award 2024” mükafatına layiq görüldü

DSMF ABŞ-nin aparıcı qiymətləndirmə proqramının müsabiqəsində qalib gələrək “Global Recognition Award 2024” mükafatına layiq görüldü

​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ABŞ-nin aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Global Recognition Awards” beynəlxalq müsabiqəsində də uğur qazanıb.

Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Kanada, İspaniya, Mərakeş, Avstraliya, Yunanıstan və digər ölkələrin dövlət və özəl qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların da iştirak etdiyi müsabiqədə DSMF-nin müsabiqə işini münsiflər ən yüksək balla qiymətləndiriblər.

Sahibkarlıq, innovasiya, korporativ məsuliyyət sahəsində ən yaxşı nailiyyətləri tanıdan bu müsabiqənin qalibi seçilən Fond “Global Recognition Award 2024” mükafatına layiq görülüb.

Həmin mükafat müstəsna nailiyyətlərinə, rifah səviyyəsinə verdiyi töhfələrə görə fərqlənən, rəqəmsal texnologiyaları, innovativ yanaşmaları geniş tətbiq və təşviq edən təşkilatlara verilir.

Xatırladaq ki, bu mükafat DSMF 2024-cü il ərzində layiq görüldüyü 19-cu, 2021-2024-cü illər ərzində 42-ci beynəlxalq mükafatdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ