Sizin reklam burada
Sizin reklam burada

Kolumbiyanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

Kolumbiyanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Quartas Ayala Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Qonağı salamlayan sədr Fuad Muradov Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həmçinin Azərbaycan Diasporuna Dəstək Fondu haqqında ətraflı məlumat verib. Komitənin təkcə xaricdə yaşayan azərbaycanlılarla deyil, eyni zamanda Azərbaycana dost münasibəti bəsləyən ölkələrlə də iş apardığını bildirib.
Səfir Luis Fernando Quartas Ayala səmimi qəbula görə təşəkkür edib. Ötən ilin avqustundan ölkəmizdə fəaliyyətə başladığını söyləyən səfir Kolumbiya ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən söz açıb. O, bundan sonrakı fəaliyyətində Komitə ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.
Görüşdə birgə layihələrin, müxtəlif sahələr üzrə mübadilə proqramlarının gerçəkləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ