Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Samux rayonunda Aqrar Biznes Festivalı keçirilib.
Festivalın sərgi bölməsində COP29 tədbirinin təşviqatı məqsədilə təbiətqoruyucu texnologiyalar, kənd təsərrüfatlı təyinatlı müasir texnikalar və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub. Tədbirdə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən fermerlərə xidmət və məhsullar barədə geniş məlumat verilib.
Həmçinin, festivalda “GreenAgroHack” hakaton yarışmasının qaliblərinin iştirakı ilə startap zona təşkil olunub. Startap zonada qalib iştirakçılar ağıllı həllərinə dair təqdimatlar nümayiş etdiriblər. Festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə hakaton iştirakçıları üçün Şəmkir Aqroparkına tur təşkil edilib. İnfotur zamanı kompleksin intensiv bağçılıq təsərrüfatlarına, meyvə, tərəvəz zavodları və istehsal fabrikinə baxış keçirilib.
Aqrar Biznes Festivalı ilə yanaşı, Samuxda Aqrar İnnovasiya Mərkəzi, Samux Rayon İcra Hakimiyyəti və Gəncə Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə “Ərik Festivalı” da keçirilib. Festivalda fermerlərin yetişdirdikləri ərik məhsullarının (meyvə, meyvə qurusu, meyvə şirəsi, kompot) sərgilənib. Bununla yanaşı, festivalda milli mətbəx təamları, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər nümayiş olunub. Qonaqlar stendləri ziyarət edib, şirkətlərin və istehsalçıların təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.
İlk dəfə olaraq keçirilən Ərik Festivalının əsas məqsədi aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına öz müsbət töhfəsini verməkdir.
Qeyd edək ki, ölkəmizdə Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən bölgə Samux rayonudur. Hazırda rayonun fermer və fərdi təsərrüfatlarında 500 hektardan çox sahədə 16 sort ərik becərilir. Azərbaycanın digər bölgələrinə nisbətən Samux rayon ərazisində ərik məhsulları daha tez yetişir.
Qeyd edək ki, növbəti Aqrar Biznes Festivalı cari ilin 28 iyun tarixində Xızı rayonunda Heydər Əliyev Mərkəzinin qarşısında keçiriləcək.