Sizin reklam burada
Sizin reklam burada

“Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili BBC-nin fars xidmətinin Zəngəzurun işğal olunacağı barədə iddiasını rədd edib

“Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili BBC-nin fars xidmətinin Zəngəzurun işğal olunacağı barədə iddiasını rədd edib

Qafqaz məsələləri üzrə ekspert, Stokholmda yayılan “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili BBC-nin fars xidmətinə Azərbaycan-Ermənistan münasibətləri barədə müsahibə verib.
Cəmaləddin Musəvinin aparıcısı olduğu verilişdə Əlirza Ərdəbili ermənilərin indiki Ermənistanın ərazisində məskunlaşması, azərbaycanlılara qarşı aparılan mərhələli etnik təmizləmə tarixi, Zəngəzur dəhlizi, Qarabağdakı separatçı rejimin rəhbərlərinin taleyi, erməni əhalisinin Ermənistana köçməsi və digər məsələlərə münasibətini bildirib.
Baş redaktor və ekspert Azərbaycanla Türkiyənin Zəngəzurun bir hissəsini işğal edib, öz nəzarəti almaq barədə İrəvanda səsləndirilən iddiaları rədd edib və Zəngəzur dəhlizinə hamıdan artıq Ermənistanın ehtiyacının olduğunu bildirib: “Nə sizin, nə də ermənilərin bu iddiası heç bir məntiqə sığmır. Azərbaycanla Türkiyə Zəngəzurda qolf və ya tennis oynamaq istəmir. Plan budur ki, orada avtobanlar, dəmir yolları, qaz və neft kəmərləri kimi nəhəng infrastruktur layihələri həyata keçirilsin”.
Naxçıvanda görüş zamanı Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin zorla açılacağına işarə belə etmədiklərini xatırladan baş redaktor qeyd edib ki, bu nəhəng layihə milyardlarla dollar vəsait tələb edir, işğal amili isə sərmayənin yatırılmasına böyük əngəl törədib: “Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarına nə özü bir dollar yatırım etdi, nə də kənardan oraya bir dollar sərmayə cəlb edə bildi”.
Qarabağda qondarma rejimin rəhbərlərinin taleyi və ermənilərin Ermənistana köçməsi barədə suala baş redaktor sabiq “müdafiə naziri” Samvel Babayanın “Azərbaycanın əlində 300 nəfərlik bir siyahi var” və Ermənistanın sabiq prezidenti Robert Köçəryanın “Azərbaycanlılar və ermənilər genetik olaraq bir yerdə ola bilməzlər” açıqlamaları ilə cavab verib. 30 il ərzində belə zərərli təbliğatın aparılmasının etnik ermənilərin Qarabağdan köçməsi ilə müşayiət olunduğunu vurğulayıb.
Nəzərə çatdırıb ki, Azərbaycan tərəfi separatçıların rəhbərlərini azərbaycanlılara qarşı etnik təmizləmə ittihamları ilə müharibə cinayətkarları kimi saxlayıb, Bakıda məhkəmə qarşısına çıxaracaq. Eyni zamanda rəsmi Bakı hərbi xidmətdə olub, silahlarını könüllü şəkildə təhvil verən erməni əhalisinə amnistiya vermək, Qarabağda qalacaq ermənilərə Azərbaycan vətəndaşlığı təqdim etmək niyyətindədir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ