Sizin reklam burada
Sizin reklam burada

Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1444 şəxsi peşə kurslarına cəlb edib

Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1444 şəxsi peşə kurslarına cəlb edib

Ötən ay peşə kursunu bitirən 834 nəfərdən artıq 795-i işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin avqust ayı ərzində 1444 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Onlardan 500 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay, 944 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir.

Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına dəstək verilməsi işləri də aparılır. Ötən ay peşə hazırlığı kursları başa çatan 834 nəfərdən artıq 795 nəfəri (95,3 faizi) işlə təmin olunub.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ