Sizin reklam burada
Sizin reklam burada

Lənkəranda 6 mindən çox abonent İŞIQSIZ QALACAQ

Lənkəranda 6 mindən çox abonent İŞIQSIZ QALACAQ


Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.
Bildirilib ki, mayın 21-də Lənkəran Elektrik Şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 9 saylı, 10 saylı və ATS hava xətlərindən qidalanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, saat 10:00-dan 13:00-dək ümumilikdə 6 500 abonent işıqsız qalacaq.

  • Sosial şəbəkədə paylaş