Sizin reklam burada
Sizin reklam burada

Buzovnanın sahilboyu ərazisində növbəti iməcilik keçirilib

Buzovnanın sahilboyu ərazisində növbəti iməcilik keçirilib



Xəzər rayonu Buzovna qəsəbəsində sahilboyu qayalıqlar olan ərazidə təmizliklə bağlı növbəti iməcilik keçirilib.

Xəzər Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə Buzovnada dəniz sahilində, qayalıq ərazisində aparılan təmizlik işləri Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətləri kommunal xidmətlərinin əməkdaşları tərəfindən həyata keçirilib.

Kommunal xidmətlərin işçiləri və texnikaları cəlb olunmaqla ərazidə növbəti təmizlik işləri aparılıb, ərazidəki daş və tullantılar daşınıb.

Qeyd olunan ərazilərdə növbəti həftələrdə də genişmiqyaslı iməciliklərin keçirilməsi nəzərdə tutulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ