Sizin reklam burada
Sizin reklam burada

Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR

Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR


Bakıda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev almaq istəyənlər üçün əla fürsət yaranıb.

Publika.az BAKU.WS-ə istinadən xəbər verir ki, məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin bir çoxu Sosial Xidmətlər Agentliyi tərəfindən satışa çıxarılıb.

Mənzillər Abşeron, Qaradağ və Samux rayonlarında yerləşir. Evlərin qiyməti onların kavdratından asılı oalraq dəyişir. Təmirli vəziyyətdə olan mənzillər digər binalarla müqayisədə ucuz satışa çıxarılıb.

Mənzillərdən bəzilərinin satış qiymətlərini təqdim edirik:

Abşeron rayonu - Yeni yaşayış kompleksində 3 otaqlı, 84,1 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 69 min 803 AZN

Ümid qəsəbəsi - Yeni yaşayış kompleksində 3 otaqlı, 83,5 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 58 min 450 AZN

Samux rayonu - Yeni yaşayış kompleksində 4 otaqlı, 100,5 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 43 min 717 AZN

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ