Sizin reklam burada
Sizin reklam burada

Azercell ödənişləri yenidən “MilliÖN”də

Azercell ödənişləri yenidən “MilliÖN”də
(®️) Ölkənin ən böyük ödəniş terminalları şəbəkəsi olan “MilliÖN” yenidən Azercell ödənişlərini qəbul edəcək.


Çoxsaylı müştəri müraciətlərini nəzərə alaraq, artıq Azercell ödənişləri MilliÖN-də bərpa edildi. Belə ki, istifadəçilər həm MilliÖN terminallarında, həm də mobil tətbiqdə rahatlıqla ödənişləri yenidən həyata keçirə biləcəklər.

Keçid üçün link : https://www.million.az/

Məlumat üçün bildiririk ki, bir neçə ay əvvələdək Azercell ödənişlərini MilliÖN ödəniş sistemi ilə həyata keçirmək mümkün idi. Qısa müddətli fasilədən sonra yenidən Azercell ödənişləri MilliÖN-də tətbiq edilir.

Hal-hazırda 3000-nə yaxın ödəniş terminalı və mobil tətbiqi ilə fəaliyyət göstərən maliyyə texnologiyası şirkəti olan "Komtec" MMC öz fəaliyyətinə 2008-ci ildə başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.Million.az saytından, *0010 zəng mərkəzindən və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ