ABŞ prezidenti Donald Tramp mümkün təhlükələrə qarşı çox sərt tədbirlər görəcəklərini bəyan edib. O bildirib ki, ölkəsinin Fransada baş verənlərə bənzər dağıntılarla üzləşməsinə imkan verməyəcək və seçdiyi sərt yanaşmaya görə üzr istəməyəcək.
Fransa hakimiyyəti kütləvi iğtişaşlar və inzibati binaların yandırılmasından sonra Paris, Lion və digər iri şəhərlərin mərkəzi rayonlarında gecə məhdudiyyətləri tətbiq edib.
Məlumata görə, məhdudiyyətlər zərurət yarandığı müddətdə qüvvədə qalacaq. Lionda küçəyə çıxmaq qadağası saat 21:00-dan 06:00-dək davam edir. Marseldə isə yetkinlik yaşına çatmayanların gecə saatlarında böyüklərin müşayiəti olmadan küçəyə çıxması qadağan edilib.
