Sizin reklam burada
Sizin reklam burada

Rusiya Polşaya qarşı cəbhə açır: Varşavanı sərhəd bölgəsində hücumla hədələdilər

Rusiya Polşaya qarşı cəbhə açır: Varşavanı sərhəd bölgəsində hücumla hədələdilər


Polşa ilə Ukrayna arasında son vaxtlar yaranan gərginlik fonunda Böyük Britaniyanın Varşavanı yenidən Rusiyadan gələn təhlükə ilə bağlı xəbərdarlıq etdiyi iddia olunub.

Bu barədə Rusiyanın "Tsarqrad" nəşri "The Telegraph" qəzetinə istinadən yazıb.

Məqalədə iddia edilir ki, ABŞ Polşanı Rusiyanın yaxın aylarda ölkəyə qarşı silahlı təxribat törədə biləcəyi barədə xəbərdar edib.

Bildirilir ki, Polşa son dövrlərdə Ukraynaya münasibətdə narazılığını açıq şəkildə göstərməyə başlayıb. Buna səbəb Prezident Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə İkinci Dünya müharibəsi zamanı polyakların qətliamında ittiham olunan Ukrayna Üsyançılar Ordusunun (UPA) qəhrəmanlarının adını verməsi, eləcə də UPA rəhbərlərindən birinin Kiyevdə təntənəli şəkildə yenidən dəfn olunması göstərilir.

Məqalədə həmçinin iddia olunur ki, Polşa bundan sonra Zelenskini "Ağ Qartal" ordenindən məhrum edib. Bundan əlavə, Kiyevin Polşa ilə "MiQ-29 qırıcıları əvəzində Ukrayna dronları" razılaşmasını yerinə yetirmədiyi, nəticədə Varşavanın həmin təyyarələri Ukraynaya göndərməkdən imtina etdiyi qeyd edilir.

Nəşrin yazdığına görə, ABŞ və Böyük Britaniya Polşanın Ukraynaya dəstəyinin zəifləməsinin qarşısını almaq üçün Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıqları gündəmə gətirirlər.

İddia edilən ssenariyə əsasən, Rusiya Polşanın kritik infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum edə, hava zərbələrini imitasiya edə və ya Belarusla sərhəd bölgəsində "hibrid təxribat" təşkil edə bilər. Məqalədə bildirilir ki, məqsəd Polşanı hərbi cavab əvəzinə danışıqlara məcbur etmək və nəticədə Ukraynaya dəstəyin dayandırılmasına nail olmaqdır.

Qeyd edək ki, məqalədə səsləndirilən fikirlər müəllifin şərhləri və iddialarıdır, onların müstəqil təsdiqi təqdim olunmur.

  • Sosial şəbəkədə paylaş