Sizin reklam burada
Sizin reklam burada

Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur

Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur


Türkiyənin Trabzon şəhərində pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

Vakfıkebir rayonunda ağaca çırpıldıqdan sonra sıradan çıxan PUA-nın Ukraynaya məxsus olduğu bildirilir. Partlayış meşəlik ərazidə baş verdiyi üçün hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Hadisə yerinə mütəxəssislər cəlb olunub. Aparatın 5 kiloqram partlayıcı maddə ilə təchiz olunduğu müəyyən edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma başladıb.

  • Sosial şəbəkədə paylaş