Pakistan və Əfqanıstan arasında Saranan bölgəsi istiqamətində döyüşlər başlayıb.
Bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, “Taliban” hərəkatı Pakistanla sərhəd boyunca yerləşən hədəflərə zərbələr endirdiyini açıqlayıb.
Pakistan ordusu isə dörd pilotsuz uçuş aparatını vurduğunu bildirərək, istənilən növbəti təxribata müvafiq cavab veriləcəyini bəyan edib.
Kabil Pakistanı yaşayış məntəqələrini hədəfə almaqda və mülki insanların öldürməkdə ittiham edir. Pakistan isə yalnız silahlıları hədəf aldığını bildirir. İslamabadın məlumatına əsasən, son əməliyyat zamanı 29 silahlı zərərsizləşdirilib.
