ABŞ Prezidenti Donald Tramp ölkədə benzin satan şirkətlərdən qiymətləri təcili şəkildə aşağı salmağı tələb edib. Bu addımı atmayanları isə hədələyib.
Ağ Ev rəhbəri bu barədə "Truth Social"da paylaşım edib.
O bildirib ki, neftin bir barelinin qiyməti hazırda 68 dollar təşkil edir və bu şəraitdə benzinin mövcud qiymətləri həddindən artıq yüksəkdir. Trampın fikrincə, ABŞ-da benzinin qiyməti bir qallon (3,785 litr) üçün təxminən 2,50 dollar olmalıdır.
"Benzin satıcıları qiymətləri dərhal aşağı salmalıdırlar. Qiymətlər çox yüksəkdir. Bu bəyanata operativ reaksiya verilməlidir. Bunu etməsələr, böyük problemlərlə üzləşəcəklər", - Tramp qeyd edib.
ABŞ lideri daha öncə ölkədə benzin qiymətlərinin nəzərəçarpacaq dərəcədə ucuzlaşmaması ilə bağlı araşdırma aparılacağını bəyan etmişdi.
