Sizin reklam burada
Sizin reklam burada

İranda nüvə yoxlamaları yaxın vaxtlarda başlayacaq - MAQATE

İranda nüvə yoxlamaları yaxın vaxtlarda başlayacaq - MAQATE

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) yaxın vaxtlarda İranda yoxlamalara başlayacaq.

Bu barədə agentliyin baş direktoru Rafael Qrossi Yaponiyada keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ və İran arasında imzalanmış müvəqqəti sülh razılaşmasından sonra yoxlamaların keçirilməsi barədə razılıq əldə olunub. Hazırda Tehranla yoxlamaların tarixləri, prosedurları və keçiriləcəyi məkanlarla bağlı texniki məsələlər müzakirə olunur.

Qeyd edək ki, ötən həftə ABŞ və İran müharibəyə son qoyulmasına dair 14 bəndlik anlaşma memorandumu imzalayıblar. Razılaşma çərçivəsində İranın nüvə proqramı da daxil olmaqla, əsas məsələlərin həlli üçün 60 günlük danışıqların aparılması nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ