Sizin reklam burada
Sizin reklam burada

ABŞ və İran bu məsələləri razılaşdırdı

ABŞ və İran bu məsələləri razılaşdırdı

İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb.

Bu barədə danışıqlarda iştirak edən vasitəçi dövlətlər - Qətər və Pakistanın Xarici İşlər nazirlikləri (XİN) məlumat yayıb.

İki ölkə XİN-i tərəfindən iclasa dair yayılan birgə bəyanatda vurğulanıb ki, sammit müsbət və konstruktiv atmosferdə keçib, növbəti texniki danışıqlar üçün mexanizmin yaradılması da daxil olmaqla, həvəsləndirici irəliləyişlər əldə olunub.

Bəyanata görə, tərəflər vasitəçiliyə siyasi nəzarəti təmin edəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəlib.

Belə ki, yüksək səviyyəli komitə növbəti texniki danışıqların dərhal başlaması üçün zəmin yaradaraq 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb.

Bundan əlavə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə insidentlərin və yanlış anlaşılmaların qarşısını almaq üçün anlaşma memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında rabitə xətti yaradılıb.

Həmçinin Livanda hərbi əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək məqsədilə tərəflər və Livan arasında vasitəçilərin dəstəyi ilə münaqişələrin qarşısını alma üzrə qrupun yaradılması barədə razılığa gəlinib.

  • Sosial şəbəkədə paylaş