Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hazırda Avropa İttifaqına (Aİ) daxil olmaq üçün namizəd statusu almağa hazır olmadığını bildirib.
O, bu barədə yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə bildirib.
Baş nazirin sözlərinə görə, referendum yalnız konkret əsas olduqda - Aİ üzvlüyü və ya namizəd statusu üçün rəsmi müraciət edildikdə mümkündür.
"Ermənistan ən azı rəsmi olaraq Aİ üzvlüyünə müraciət etməli və ya namizəd statusuna malik olmalıdır. Hazırda bunların heç biri yoxdur, çünki biz obyektiv olaraq hazır deyilik", - Paşinyan deyib. O, əlavə edib ki, ölkənin islahatlara ehtiyacı var.
Baş nazir həmçinin vurğulayıb ki, İrəvan islahat prosesini sürətləndirmək niyyətindədir.
Paşinyanın sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyindəki (AİB) üzvlüyündən məhrum edilə bilməz, çünki qurumun daxilində qərarlar konsensus yolu ilə qəbul olunur və ölkənin veto hüququ var.

