İran silahlı qüvvələri ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarına zərbələr endirib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib.
“ABŞ-ın Sirik və Qeşm adalarına qarşı təcavüzünə cavab olaraq, bölgədəki bazaları raket zərbələri ilə hədəfə alınıb”, - deyə qeyd olunub.
Bundan əvvəl ABŞ qüvvələri daha sonra gələcək hücumlardan qorunmaq üçün İranın Goruk və Qeşm adasındakı sahil müşahidə radar məntəqələrinə zərbələr endirmişdi.
