Ukrayna prezidenti Vladimir Zelenskinin elit hərbi bölmələrdən birinə “UPA qəhrəmanları” adının verilməsi barədə qərarı Polşada ciddi narazılıq yaradıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Polşanın “Konfederasiya Polşa Tacı” koalisiyasının lideri Qjeqoj Plaçek ölkə prezidentinə rəsmi müraciət edərək Zelenskinin Polşanın ən ali dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edilməsini tələb edib.
Deputat bildirib ki, ukraynalı millətçilərin qurbanı olmuş polyakların xatirəsinin qorunması üçün konkret addımlar atılmalıdır. Onun sözlərinə görə, Polşa xalqına qarşı cinayətlərdə ittiham olunan bir qurumun qəhrəmanlaşdırılması cavabsız qalmamalıdır.
Plaçek vurğulayıb ki, belə qərarlar iki ölkə arasındakı münasibətlərə də mənfi təsir göstərə bilər.
