ABŞ və İran nümayəndələri razılaşma memorandumunun layihəsini razılaşdırıblar.
Bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb.
Bildrilib ki, sənəd hazırda ABŞ Prezidenti Donald Trampın və İran rəhbərliyinin təsdiqini gözləyir.
Razılaşma layihəsinə əsasən, Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması nəzərdə tutulur. Şərtlərə görə, İran tərəfi dəniz dəhlizini 30 gün ərzində minalardan təmizləməlidir.
Bunun müqabilində isə ABŞ Hörmüz boğazında gəmiçilik bərpa olunduqca İrana qarşı tətbiq edilən blokadanı aradan qaldırmağı öhdəsinə götürür. Bundan əlavə, layihə çərçivəsində İranın dondurulmuş aktivlərinin açılması və sanksiyaların ləğvi məsələlərinin müzakirə edilməsi planlaşdırılır

