Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ilk dəfə olaraq nazirlərin iclasına ayrıca gün ayrılıb.
Bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Anar Quliyev bildirib ki, artıq Nazirlər İclasının açılış sessiyası baş tutub və növbəti mərhələdə müxtəlif ölkələri təmsil edən rəsmilər və nazirlər hesabatlarla çıxış edəcəklər.
“Adətən sessiya beş gün davam edirdi. Bu dəfə isə proqram altıgünlük formatda təşkil olunub və bugünkü gün tam şəkildə Nazirlər İclasına həsr edilib”, – deyə komitə sədri qeyd edib.
Anar Quliyev vurğulayıb ki, WUF13 çərçivəsində müxtəlif formatlı tədbirlər, yeni təşəbbüslər və təqdimatlar keçiriləcək.

