ABŞ prezidenti Donald Trump İranla bağlı sərt açıqlamalar verib.
O, Tehrana iki seçim təqdim edib: ya razılaşmaya getmək, ya da "tamamilə məhv olmaq".
"Fox News"a müsahibəsində danışan Tramp ikinci variantı istəmədiyini vurğulayıb:
"Onlar ya razılaşma bağlaya bilərlər, ya da məhv ediləcəklər".
ABŞ liderinin sözlərinə görə, İran ərazilərinə mümkün zərbələrin dayandırılması qərarı yalnız Tehranla yaxın münasibətləri olan bəzi dövlətlərin xahişindən sonra verilib.
Tramp həmçinin bildirib ki, ABŞ İranda yerləşən zənginləşdirilmiş urana nəzarət etmək niyyətindədir:
"Mən onu əldə etsəm, daha rahat olardım və biz onu əldə edəcəyik".

