Rusiya mövqelərini gücləndirir və 11 maydan sonra yeni hücuma hazırlaşır.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Rusiya ordusu elan edilmiş atəşkəsdən yenidən qruplaşmaq, mövqelərini gücləndirmək və 11 maydan sonra hücum əməliyyatlarının artırılmasına hazırlaşmaq üçün istifadə edir.
Xüsusilə, ruslar Kupyansk, Liman və Slavyansk istiqamətlərində, eləcə də şimali Xarkov bölgəsində mövqelərini möhkəmləndirdilər. Bundan əlavə, Rusiyanın 90-cı Tank Diviziyasının bölmələri Pokrovsk istiqamətinə göndərilib”, - hesabatda bildirilib.
