Sizin reklam burada
Sizin reklam burada

ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı GİZLİ DANIŞIQLAR

ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı GİZLİ DANIŞIQLAR


ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı yeni razılaşma üzərində danışıqlar aparıldığı bildirilir.
Tərəflər boğazda gəmi hərəkətinin mərhələli şəkildə bərpası və bunun qarşılığında İrana tətbiq olunan bəzi dəniz məhdudiyyətlərinin yumşaldılması məsələsində müəyyən yaxınlaşma əldə ediblər.
Hazırda bölgədə vəziyyətin sabitləşdirilməsi istiqamətində müzakirələr davam edir. İddialara görə, yaxın günlərdə boğazda gözləyən gəmilərin hərəkətində irəliləyiş ola bilər.
Məlumatda həmçinin vurğulanır ki, Vaşinqton və Tehran arasında hələlik birbaşa təmas yoxdur. Tərəflər əlaqələri vasitəçilər üzərindən davam etdirirlər.
ABŞ Prezidenti Donald Trampın isə İranın gərginliyin azaldılması ilə bağlı təkliflərə daha operativ münasibət bildirməsini istədiyi qeyd olunur.
Mənbələrin sözlərinə görə, danışıqlar prosesi davam edir və İran tərəfi yaxın saatlarda mövqeyini Pakistan rəsmilərinə çatdıra bilər. \\Milli.Az \\

  • Sosial şəbəkədə paylaş