Sizin reklam burada
Sizin reklam burada

İran ABŞ-a yeni təklif göndərdi

İran ABŞ-a yeni təklif göndərdi

Tehran münaqişənin həlli məqsədilə Vaşinqtona yeni təklif təqdim edib.
Bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İran nümayəndələri Pakistandakı vasitəçilər vasitəsilə ABŞ tərəfinə yeni təklif çatdırıblar.
Portal yazır ki, bu təşəbbüs danışıqlardakı mövcud durğunluğu aradan qaldırmağa və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılığa gəlmək üçün hazır olduğu nüvə güzəştləri ilə bağlı fikir ayrılıqlarını azaltmağa yönəlib.
Təklifdə ABŞ tərəfindən tətbiq olunan blokadanın qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı danışıqların irəlilədilməsi nəzərdə tutulur.
Tərəflərin atəşkəsi uzunmüddətli əsasda uzatması və ya münaqişəyə birdəfəlik son qoyması məsələsi də təklifdə yer alır.
Təklifə əsasən, üvə proqramı ilə bağlı danışıqlar yalnız sonrakı mərhələdə — Hörmüz boğazı açıldıqdan və blokada aradan qaldırıldıqdan sonra başlanmalıdır.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp aprelin 27-də İranla danışıqlarda yaranmış çıxılmaz vəziyyəti və münaqişə ilə bağlı mümkün növbəti addımları müzakirə etmək üçün kabinet iclası keçirməyi planlaşdırır.
Qeyd edək ki, aprelin 25-də Tramp İrandan yeni təklif aldıqlarını açıqlamışdı.

  • Sosial şəbəkədə paylaş