Sizin reklam burada
Sizin reklam burada

Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü

Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü

Bu il aprelin 21-də Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.
Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ