Sizin reklam burada
Sizin reklam burada

Trampın “Hörmüz” elanı dünyanı qarışdırdı: O, “açdım” deyir, ekspertlər razılaşmır

Trampın “Hörmüz” elanı dünyanı qarışdırdı: O, “açdım” deyir, ekspertlər razılaşmır


ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı son açıqlamaları həm diplomatik dairələrdə, həm də qlobal bazarlarda ciddi çaşqınlıq yaradıb.
ABŞ Dövlət Departamentinin Rusiya və Avropaya qarşı sanksiyalar üzrə keçmiş rəhbəri Edvard Fişman "CBS News"a müsahibəsində Ağ Ev rəhbərinin sözlərini "anlaşılmaz" adlandırıb.
Fişman qeyd edib ki, ABŞ-ın Hörmüz boğazını açdığını demək üçün heç bir real əsas yoxdur: "Hazırda Hörmüz boğazının açıldığını söyləmək erkəndir. Boğaz faktiki olaraq bağlıdır və bunu aydın başa düşmək lazımdır. Bazarlar Trampın geri çəkiləcəyini və münaqişəni bitirməyə çalışacağını gözləyirdi".
Ekspertin sözlərinə görə, gəmilərin hərəkətinin bərpası üçün ya Tehran boğazın açılmasına razı olmalı, ya da Vaşinqton hərbi güc tətbiq edərək oranı ələ keçirməlidir. Hələlik bu ssenarilərin heç biri reallaşmayıb.
Xatırladaq ki, aprelin 13-də Donald Tramp Hörmüz boğazının blokadaya alındığını elan etmişdi. Lakin cəmi iki gün sonra - aprelin 15-də o, özünün "Truth Social" platformasındakı hesabında boğazı Çin və bütün dünya üçün "əbədi olaraq" açdığını bəyan edib.

  • Sosial şəbəkədə paylaş