Sizin reklam burada
Sizin reklam burada

ABŞ-la atəşkəsə dair qərarı o təsdiqləyib - Pezeşkian açıqladı

ABŞ-la atəşkəsə dair qərarı o təsdiqləyib - Pezeşkian açıqladı


İran və ABŞ arasında atəşkəs, həmçinin müharibənin başa çatdırılmasına dair danışıqlar barədə qərarı İslam Respublikasının Ali Rəhbəri Müctəba Xameneyi təsdiqləyib.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian məlumat verib.
"Atəşkəs və danışıqlar barədə qərar əsas hakimiyyət orqanları tərəfindən yekdilliklə qəbul edilib və İranın müəyyən etdiyi ümumi müddəalar və çərçivələr ABŞ tərəfindən qəbul edildikdən sonra İranın Ali Rəhbəri tərəfindən təsdiqlənib", — deyə o bildirib.
Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib. Onun sözlərinə görə, Vaşinqton Tehrandan münaqişənin tənzimlənməsinə dair 10 bəndlik təklif alıb və bu əsasda işi davam etdirməyə hazırdır. Amerika lideri həmçinin qeyd edib ki, atəşkəs razılaşması çərçivəsində İran Hörmüz boğazını blokadadan çıxarmağa razı olub.
Daha sonra İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bəyan edib ki, Birləşmiş Ştatlar Tehranın atəşkəs təklifindəki üç əsas bəndi pozub. O izah edib ki, söhbət Livana edilən hücumlardan, pilotsuz təyyarənin İranın hava məkanını pozmasından, həmçinin İslam Respublikasının uranı zənginləşdirmək hüququnun rədd edilməsindən gedir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ