ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlaması ilə diqqət çəkib.
Tramp ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasından sonra ölkəsinin “tam və qəti qələbə” qazandığını bildirib.
O, “Agence France Presse” agentliyinə müsahibəsində qeyd edib ki, razılaşmaya əsasən İranın zənginləşdirilmiş uranı mükəmməl şəkildə qorunacaq.
“Yoxsa razılaşmazdım”, - deyə Tramp uranın gələcək taleyi ilə bağlı detalları açıqlamadan vurğulayıb.
O, razılaşma pozulacağı təqdirdə İranın mülki obyektlərinə zərbələr endirilməsi ilə bağlı əvvəlki təhdidlərinə qayıdıb-qayıtmayacağı ilə bağlı suala “Görməli olacaqsınız” deməklə kifayətlənib.
