Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan vətəndaşları bu ölkədən deportasiya edildi

Azərbaycan vətəndaşları bu ölkədən deportasiya edildi


Son günlərdə Gürcüstanda 105 nəfər əcnəbinin qanuni əsas olmadan yaşadığı müəyyən edilib.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Türkiyə, Hindistan, Çin, Rusiya, Türkmənistan, Azərbaycan, İordaniya, Mərakeş, Banqaldeş, Myanma, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Belarus, Misir, Livan, Nepal, Sudan və digər ölkələrin vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya olunub. Yerli qanunvericiliyə uyğun olaraq, onların Gürcüstana girişi qadağan edilib.
DİN-nin məlumatında qeyd olunub ki, cari ilin statistik məlumatlarına əsasən, Gürcüstandan 806 nəfər xarici ölkə vətəndaşı deportasiya edilib.

  • Sosial şəbəkədə paylaş