Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanda həbsdə olan partiya liderinə hökm oxunub

Gürcüstanda həbsdə olan partiya liderinə hökm oxunub


Gürcüstanın müxalif "Droa" partiyasının lideri Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Müxalif siyasətçi hakim "Gürcü Arzusu" partiyasının seçki banerini zədələdiyinə görə ötən ilin sentyabrın 15-dən həbsdədir. Ona qarşı başqasının əmlakına böyük ziyan vurmaq ittihamı irəli sürülmüşdü.
Xoştariya hökmün elanında iştirak etməyib. Siyasətçi etiraz əlaməti olaraq məhkəmə iclaslarının heç birinə qatılmayıb.
Qeyd edək ki, Elene Xoştariya ötən ilin sentyabrın 14-də "Gürcü Arzusu"nun yerli seçkilərdə Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladzenin banerinə "Rus arzusu" sözlərini yazıb. Məhkəmə siyasətçi barəsində 5 min lari girov qətimkan tədbiri seçsə də, o, girovu ödəməkdən imtina edib.

  • Sosial şəbəkədə paylaş