Moskva, Kiyev və Vaşinqton arasında Ukraynadakı münaqişənin həlli üçün planlaşdırılan üçtərəfli görüş martın əvvəlinə qədər təxirə salınıb.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, görüşün yeri isə dəqiqləşdirilməyib.
Xatırladaq ki, 17 və 18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində Rusiya, Amerika və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Daha öncə Ukrayna Prezident Aparatının rəhbəri Kirilo Budanov üçtərəfli danışıqların yeni mərhələsinin 26-27 fevral tarixlərində keçirilə biləcəyini açıqlamışdı.
