Sizin reklam burada
Sizin reklam burada

Azərbaycandan keçən taxıl yüklü vaqonlar Ermənistana çatdı

Azərbaycandan keçən taxıl yüklü vaqonlar Ermənistana çatdı

Rusiyadan Azərbaycandan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına çatıb.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 900 tona yaxın) taxıl göndərilib.
Qeyd edək ki, Rusiyadan göndərilən taxıl yüklü vaqonlar fevralın 1-də Azərbaycandan Ermənistana yola salınıb.

  • Sosial şəbəkədə paylaş