Sizin reklam burada
Sizin reklam burada

Rusiya və Ukrayna bu ərazi ilə bağlı atəşkəs elan etdi

Rusiya və Ukrayna bu ərazi ilə bağlı atəşkəs elan etdi


Rusiya və Ukrayna Zaporojye Atom Elektrik Stansiyasındakı ehtiyat elektrik xəttinin təmiri üçün yerli atəşkəs rejiminin tətbiqi barədə razılığa gəlib.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi məlumat yayıb.

"Bu gün MAQATE Rusiya və Ukrayna arasında yerli atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə edib. Bu, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında qalan son ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək", - məlumatda qeyd olunub.

  • Sosial şəbəkədə paylaş