Əgər ABŞ Prezidenti Donald Tramp hakimiyyətə nəzarəti ələ keçirməsə, o zaman bu vəziyyət ölkəni Rusiya ilə müharibəyə sürükləyə bilər.
Bu barədə Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.
“Tramp öz hakimiyyətinə nəzarət etməlidir. O, bizim hamımızı Rusiya ilə müharibəyə aparmağa çalışan Lindsi Qrehem, Riçard Blümental və digərləri ilə danışır”, - deyə o bildirib.
Makqreqorun sözlərinə görə, Amerika rəsmilərinin ictimaiyyəti Rusiya ilə müharibəyə sürükləmək hüququ yoxdur. Ekspert əlavə edib ki, heç bir amerikalı bunu istəmir.
