arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

BMT İsrailin Qəzzadakı hərəkətlərini soyqırım adlandırdı

BMT İsrailin Qəzzadakı hərəkətlərini soyqırım adlandırdı

BMT İsrailin Qəzza zolağında elektrik enerjisini kəsməsi, həmçinin yəhudi dövlətinə silah tədarükünün davam etməsi və Netanyahu hökumətinə qarşı sanksiyaların tətbiq edilməməsi Fələstinə qarşı soyqırım adlandırılıb.

Bunu "X" sosial şəbəkəsində BMT-nin xüsusi məruzəçisi Françeska Albanze yazıb.

"Qəzza zolağına elektrik enerjisinin verilməsinin dayandırılması, digər şeylərlə yanaşı, duzsuzlaşdırma qurğularının bağlanması və nəticədə təmiz suyun verilməməsi deməkdir", - o yazıb.

Xüsusi məruzəçi israr edir ki, İsraili silahla təmin edən və onun anklava qarşı hərbi əməliyyatlarını təsdiqləyən ölkələr Fələstin xalqının soyqırımında şərikdir.

Qeyd olunur ki, İsrail hökuməti dünən Qəzza zolağına elektrik verilişinin kəsilməsi barədə göstəriş verib. Hadisəni şərh edən yerli KİV İsraildən verilən elektrik enerjisinin yalnız duzsuzlaşdırma qurğusunun enerjisi üçün istifadə edildiyini qeyd edib. İddialara görə, bütün digər obyektlər generatorlardan enerji alır. Bununla belə, jurnalistlər deyb ki, anklav həmin generatorlar üçün demək olar ki, bir həftədir yanacaq almayıb.

  • Sosial şəbəkədə paylaş