arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bir çox ölkələrin sərhədləri dəyişəcək, bəziləri yox olacaq - Rusiyadan SENSASİYA

Bir çox ölkələrin sərhədləri dəyişəcək, bəziləri yox olacaq - Rusiyadan SENSASİYA“ABŞ prezidenti Donald Trampın dövründə bir çox ölkələrin sərhədləri dəyişə, bəziləri isə tamamilə yox ola bilər”.

Bunu “RİA Novosti”-yə müsahibəsində beynəlxalq münaqişələr üzrə ekspert, rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Donald Trampın ABŞ prezidenti vəzifəsinə gəlişi bütün beynəlxalq vəziyyəti kökündən dəyişəcək. Üstəlik, onun rəhbərliyi altında bir çox dövlətlərin sərhədlərinin dəyişməsi, bəzilərinin isə tamamilə yoxa çıxması mümkündür”, - deyə o bildirib.

Mixaylov xatırladıb ki, Tramp administrasiyası artıq ABŞ-ın Qrenlandiyaya, Panama kanalına iddialarını elan edib.

ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skot Ritter isə Trampın Meksikada kartellərə qarşı mübarizənin iki ölkə arasında hərbi əməliyyatlarla nəticələnə biləcəyini bildirib.

Onun sözlərinə görə, Pentaqonun yeni rəhbəri “çox aqressivdir” və ictimaiyyət hesab edir ki, ABŞ-da xüsusi təyinatlılar milli maraqları müdafiə etmək üçün istənilən inkişafa hazırdırlar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ