Sizin reklam burada
Sizin reklam burada

Ermənistan-Belarus qarşıdurması böyüyür: İrəvan bunu etməyəcək

Ermənistan-Belarus qarşıdurması böyüyür: İrəvan bunu etməyəcək

Yerevan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil.

Bu barədə “Sputnik Ermənistan” mənbələrə istinadən məlumat yayıb.

Xumaryan hələ 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb.

KİV-in məlumatına görə, bundan sonra o, Belarusa qayıtmayıb.

Yerevanla Minsk arasında münasibətlər son vaxtlar xeyli soyuyub. Hər iki ölkənin rəsmiləri arasında gərginlik Belarus prezidentinin Qarabağ müharibəsinin nəticələrini dəyərləndirməsindən sonra yaranıb. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Belarus lideri faktiki olaraq Azərbaycana yardım etdiyini etiraf edib və Aleksandr Lukaşenko ölkə prezidenti olduğu müddətdə Ermənistan rəsmilərinin Belarusa səfərini qadağan edib.

Bir neçə gün əvvəl Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinə videobağlantı vasitəsilə qoşulan Paşinyanla Lukaşenko arasında növbəti dəfə mübahisə yaranıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ