Sizin reklam burada
Sizin reklam burada

"COP29-dakı qərarlar bərpa olunan enerjiyə böyük töhfə verəcək"

"COP29-dakı qərarlar bərpa olunan enerjiyə böyük töhfə verəcək"



"Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qəbul ediləcək qərarlar bərpa olunan enerji sahəsinə böyük töhfə verəcək".

Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin köməkçisi Abdulla Balalaa COP29 çərçivəsində təşkil olunmuş "Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumu"nda bildirib:

"Son illər bir çox ölkələr bərpa olunan enerji sahəsinə dair ciddi öhdəliklər götürüb. İlk növbədə onlar 2033-cü ilə qədər olan dövrü əhatə edəcək öhdəliklərin həyata keçirilməsinə çalışırlar. "Yaşıl enerji"yə keçidlə daha çox insanın ona əlçatanlığını təmin etmək lazımdır. İndi birgə fəaliyyət göstərməli, bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməliyik. Bu mənada Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin böyük potensialı var".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ