Sizin reklam burada
Sizin reklam burada

"Çox vacib söhbət baş tutdu" - Paşinyan Əliyevlə görüşündən danışdı

"Çox vacib söhbət baş tutdu" - Paşinyan Əliyevlə görüşündən danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan Kazanda BRICS sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox əhəmiyyətli adlandırıb.

Paşinyan bunu "hökumət saatı" çərçivəsində danışarkən bildirib.

O, BRICS sammitində iştirakı çox vacib və səmərəli hesab etdiyini deyib.

"Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Qeyd etməliyəm ki, aramızda belə uzun söhbət çoxdan və ya heç vaxt olmayıb. Çox vacib söhbət baş tutdu", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlıq barədə strateji sövdələşməyə ehtiyac var.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ