Sizin reklam burada
Sizin reklam burada

Lukaşenko Putinə: Əliyevlə müzakirə etmişəm, Qafqazla bağlı maraqlı təkliflərimiz var

Lukaşenko Putinə: Əliyevlə müzakirə etmişəm, Qafqazla bağlı maraqlı təkliflərimiz var



Dünən axşam saatlarında Minsk hava limanında Rusiya prezidenti Vladimir Putini qarşılayan Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, onun “regionun və Qafqazın təhlükəsizliyi ilə bağlı çox maraqlı təklifləri var” və bu təkliflər Azərbaycana səfəri zamanı ciddi müzakirə olunub.

Publika.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.

Aleksandr Lukaşenko bildirib ki, prezidentlər ilk növbədə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər, mayın 24-də isə hökumət üzvlərinin iştirakı ilə iqtisadi məsələlərə baxılacaq.

“Düşünürəm ki, biz həmişə olduğu kimi təhlükəsizlik məsələlərini birinci yerə qoyuruq. Sabah isə hökumətdəki həmkarlarımızla birlikdə iqtisadi məsələləri müzakirə edəcəyik. Mənim regionumuz və Qafqaz üçün çox maraqlı təkliflərim var ki, onları Azərbaycana səfərimiz zamanı çox ciddi müzakirə etdik”, - deyə Belarus lideri bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ