Sizin reklam burada
Sizin reklam burada

Ermənilər anklavların qaytarılacağı tarixi açıqladı - Bakı neçə gün vaxt verib?

Ermənilər anklavların qaytarılacağı tarixi açıqladı - Bakı neçə gün vaxt verib?



Ermənistan hakimiyyəti anklav kəndləri avqustun 15-nə qədər Azərbaycana təhvil verməlidir.

Publika.az xəbər verir ki, bu barədə Açarkurt kəndinin ağsaqallar şurasının keçmiş üzvü, Daşnaksütyun partiyasının üzvü Karen Qazaryan deyib.

Qazaryan bildirib ki, anklav kəndlərdə yaşayan ermənilərə avqustun 15-nə qədər vaxt verilib.

“Avqustun 15-də həmin kəndlərin Azərbaycana təhvil veriləcəyindən danışırlar. Anklavlar təhvil veriləndən sonra Açarkurt kəndi də mühasirəyə düşmüş olacaq. Hamımız ümid edirik ki, hakimiyyət dəyişəcək və məsələ bağlanacaq”, - o deyib.

Qeyd edək ki, Qazaxın anklav olan 3 kəndi - Yuxarı Əskipara, Barxudarlı və Sofulu, həmçinin, Sədərəyin Kərki kəndi hələ də erməni işğalındadır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ