Sizin reklam burada
Sizin reklam burada

Fransadan gözlənilməz addım: Azərbaycanla Ermənistan arasında...

Fransadan gözlənilməz addım: Azərbaycanla Ermənistan arasında...

Fransa mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır.

Publika.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mayın 12-də departamentin saytında dərc edilmiş bəyanatında deyilir .

“Fransa tərəflərin 7 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüş çərçivəsində 1991-ci il Alma-Ata Bəyannaməsinə, bu prosesin əsası kimi onların ərazi bütövlüyünün qarşılıqlı tanınmasına sadiqliklərini təsdiqləmələrinin vacibliyini vurğulayır”, - bəyanatda deyilir.

Bununla əlaqədar, Paris 19 aprel 2024-cü il tarixli bəyannamədə razılaşdırılmış prinsiplər əsasında sərhədlərin delimitasiyasını davam etdirməyə çağırır.

Eyni zamanda, Paris tərəfləri sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə səsləyib.

“Biz Qazaxıstan hakimiyyətinin bu danışıqları asanlaşdırmaq təşəbbüsünü alqışlayırıq, Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması naminə öz tərəfdaşları ilə birgə işləməyə davam edəcək”.

Mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.

Ermənistanı daim silahlandıran, sülh müqaviləsinin imzalanmasını istəməyən, bu yöndə atılan addımları heç vaxt alqışlamayn Fransanın belə bəyanatı bir qədər təəccüb doğurur. Görəsən bu “alqış”ın arxasında hansı məkr dayanır?

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ